İllər öncə televiziyadan uzaqlaşan tanınmış aparıcı Azər Zahid "Tik-Tok" sosial şəbəkədəsində fərqlilik edərək veriliş yayımlayıb. Ötən gün "Təkərdə" realiti şousunun ilk buraxılışı təqdim olunub. Realiti şouda "Tik-Tok"un ən məşhur və qalmaqallı yayımçıları iştirak edir. Sözügedən şounu bir gündə 47 mindən çox insan izləyib. Bəziləri iddia edir ki, sosial şəbəkələr zamanla ənənəvi teleyayımları sıradan çıxaracaq. Çünki artıq insanlar televiziyalardan çox sosial şəbəkələrə maraq göstərir. Mövzu ilə Yenisabah.az-a danışan tanınmış teleaparıcı Rövşanə Bektaşi bildirib ki, insanlar bir yenilik gördükdə digərindən zamanla uzaqlaşırlar: “Televiziyaya yaxud sosial şəbəkələrə baxmaq hər insanın öz seçimidir. Artıq bir inkişaf var, bir zamanlar kino çıxanda istər-istəməz digər sahələrə maraq azaldı. Teatr çıxanda ədəbiyyata marağın azalacağı deyilirdi. Televiziya kəşf olunanda teatrlara baxan olmayacağı deyilirdi. İndi internet əsridir, dünya tamamilə inkişaf edib. Bu gün dünya ovcumuzun içərisindədir. Biz bəzən həqiqətlə barışmaq, qəbullanmaq istəmirik, amma hər zaman bu ziddiyət olub, yenilik çıxanda köhnədən beşəlli yapışırıq ki, yox, mümkün deyil, biz bunu buraxa bilmərik. Amma zaman öz diktəsini edir. İsətsək də, istəməsək də zamanla yeniliyə qapı açmağa məcburuq. Bu gün artıq sosial media dediyimiz məkan qəzetlərə marağı öldürüb. Biz bir zamanlar qəzetlərdən də yapışmışdıq ki, mütləq qalmalıdır, amma bu gün qəzet sıradan çıxır. Çox az qism insan qəzet alıb oxuyur. İnsanlar qəzet almırlar. Bu gün hətta kinoteatrlara gedənlər də azalıb, çünki hər şey əlimizin içindədir. Bu da yəqin ki, bir keçid dövrüdür. Demək olmaz ki, televiziya verilişlərinə maraq azdır, xeyr, verilişlər yetərincə baxılır, reytinqlər var. Amma ola bilər ki, zamanla sosial mediada yayımlanan internet verilişləri daha maraqlı və dinamik olsun”.
Onun sözlərinə görə, artıq insanların 2-3 saatlıq verilişlərə baxmağa hövsələsi yoxddur: