Məzmuna keç
Pravda.az — xəbər portalı
Sosial

Bu maşından dünyada 2 dənədir - Biri Bakıdadır

1 554
Paylaş:
Bu maşından dünyada 2 dənədir -     Biri Bakıdadır

Türkiyənin Kayseri şəhərində yaşayan Hakan Maraşlı Qazaxıstanda bəyənib aldığı avtomobili ölkəsinə gətirməklə xeyli marağa səbəb olub.

Hakan Maraşlı avtomobili özü üçün alsa da, bunun yaxşı reklam və gəlir gətirəcəyini düşünməyib. Avtomobili görən hər kəs onunla şəkil çəkdirmək istəyir.

Avtomobil "Kül kedisi” nağılındakı araba formasında hazırlanıb.

"Avtomobili Qazaxıstandan Türkiyəyə gətirmək üçün 650 min lirə xərclədim. Bildiyimə görə, bu maşından bütün dünyada 2 dənədir. Biri Kayseridə, digəri isə Bakıdadır”,- o bildirib.

Qeyd edək ki, "Kül kedisi"nin Bakıdakı avtomobili gəlin maşını kimi icarəyə verilir./Lent.az

Paylaş:

Ən son xəbərlər