İndi Rusiyanın İran və Şimali Koreya kimi tərəfdaşları belə ona yardım etdiyini etiraf etmir.
ABŞ müdafiə naziri: İran Rusiyaya silah tədarükünü etiraf etmir
Pravda.az xəbər verir ki, bunu Almaniyanın Ramşteyn aviabazasında keçirilən Ukrayna Müdafiə Təmas Qrupunun 8-ci iclasında çıxış edən ABŞ-ın müdafiə naziri Lloyd Ostin deyib.
“Rusiyanın sursatları tükənir və böyük döyüş itkilərinə məruz qalır. O, faciəvi və qeyri-zəruri işğalının təmin edilməsi üçün üzünü qalan bir neçə tərəfdaşına çevirir. Hətta İran və Şimali Koreya Rusiyanı təchiz etdiklərini etiraf etmirlər”, - Ostin bildirib./APA