Zaqatala rayonunda 15 otaqlı fərdi yaşayış evi yanıb.
Pravda.az-ın məlumatına görə, hadisə Muğanlı kəndində qeydə alınıb.
Belə ki, 1957-cı il təvəllüdlü İbrahim Həsən oğlu İbrahimova məxsus fərdi yaşayış evində yanğın olub.
Yanğın zamanı ümumi sahəsi 480 kvadratmetr olan 15 otaqdan ibarət olan yaşayış evinin 2-ci mərtəbəsindəki 9 otaq və tavan hissəsi tamamilə yanıb.