Ukraynanın Milli Antikorrupsiya Bürosu tərəfindən saxlanılan icmaların, ərazilərin və infrastrukturun inkişafı nazirinin müavini Vasili Lozinski tutduğu vəzifədən azad ediləcək.
Ukrayna İnfrastruktur Nazirliyi: Saxlanılan nazir müavini istefaya göndəriləcək
Bunu Ukraynanın İcmaların, Ərazilərin və İnfrastrukturun İnkişafı Nazirliyi feysbukda açıqlayıb.
Bildirilib ki, artıq lazımi sənədlərin hazırlanması ilə bağlı müvafiq sərəncamı Ukraynanın bərpası üzrə baş nazirin müavini Oleksandr Kubrakov verib./Report