ABŞ Konqresinin Nümayəndələr Palatasının keçmiş sədri Nensi Pelosi ərinə sui-qəsddən sonra keşişləri San-Fransiskodakı evinə “cin çıxarma” mərasiminə dəvət edib.
Bu barədə onun qızı Aleksandra Pelosi “The New York Times” qəzetinə məlumat verib.
Onun sözlərinə görə, Şükran Günündə evdən şeytan çıxaran və dualar oxuyan kahinlər onun yanına gəlib: “Sui-qəsddən sonra anam özünü günahkar hiss edirdi”.