Müğənnilər Tacir Şahmalıoğlu ilə İlahə Fəda arasında qalmaqal daha da böyüyüb. Ötən gün mətbuata açıqlama verən İlahə Fəda həmkarını təhqir etməkdən çəkinməyib. Mövzu ilə bağlı Yenisabah.az-a danışan Tacir Şahmalıoğlu İlahə Fədaya cavab verib. O, həmkarının haqqında səsləndirdiyi fikirləri boş hesab edib: “İlahə Fədanın haqqımda dediklərini oxudum, hamısı boş şeydir. O, səviyyəsiz, yiyəsiz adamdır. Özbaşına qadındır, ağzına gələni danışır.
Keçən dəfə efirdə səsləndirdiyim fikirlərin üstündə qalıram, tək İlahə Fəda yox, onunla bərabər minlərlə qadın var ki, mənim fanatımdır, məni özlərindən çox istəyirlər.
İlahə deyə bir adam həyatda yoxdur, onun Şövkət Ələkbərovaya, Teymur Mustafayevə, Arif Babayevə qulaq asmışam deməyi ilə deyil. Mən səhnədə olanda onun adını sadaladığı insanların çoxu heç səhnədə olmayıb. Bu insan gündəmə gəlmək istəyir, bir gözəlliyi də yoxdur axı, “Kinq-konq”a oxşayır, qadına oxşamır. O sifətdə qadın olar?
İstəyir gündəmə gəlsin. Burdan ona demək istəyirəm ki, ay yazıq, sən gündəmə gəlsən nə olacaq? Sən Konservatoriyadan danışırsan, insanın özü konservatoriya olmalıdır, gedib bir neçə il konservatoriyada oxumaq o demək deyil ki, sən böyük sənətkarsan. Mənə bu sənəti Allah verib, bu, Allah vergisidir. Ona görə də məni xalq sevir. Onların içərisində on mində bir İlahə kimi sevməyəni var. Həmin adamlar da pərəstişkarlarım tərəfindən şərhlərdə o qədər əksildilirlər ki, adam utanır. Belələrinə sosial şəbəkələrdə ağızlarına gələni deyirlər”.