Məzmuna keç
Pravda.az — xəbər portalı
Cəmiyyət

“AFB Bank” sabiq səhmdarını məhkəməyə verdi

916
Paylaş:
“AFB Bank” sabiq səhmdarını məhkəməyə verdi

“AFB Bank” ASC-nin səhmlərinin 99,64%-nə nəzarət edən “Gilan” MMC adıçəkilən bank tərəfindən məhkəyə verilib.

Kommersant.az xəbər verir ki, bank “Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - kredit müqaviləsi üzrə mübahisələr” qanunu rəhbər tutaraq “Aqro Kompleks Qəbələ”yə ayırdığı vəsaiti məhkəmə yolu ilə tələb edir.

“Aqro Kompleks Qəbələ” Qəbələnin Vəndam qəsəbəsində "Gilan Holdinq"in heyvandarlıq kompleksidir.

Xatırladaq ki, “AFB Bank” ASC-nin səhmlərinin 99,64%-i “Gilan” MMC-ə məxsus idi

Qeyd edək ki, məhkəməyə Ülkər Həsənova sədrlik edəcək.

Paylaş:

Ən son xəbərlər