Vasif Talıbov Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədri olan zaman öz yaxın adamlarını hakim vəzifəsinə təyin edərkən Konstitusiyanın tələblərinə əməl etməyib.
Pravda.az xəbər verir ki, Azərbaycan Respublikası Konstitusiyasının 126-cı maddəsinin I bəndinə əsasən seçkilərdə iştirak etmək hüququna malik olan, ali hüquq təhsilli və hüquqşünas ixtisası üzrə 5 ildən artıq işləyən Azərbaycan Respublikası vətəndaşları hakim ola bilərlər.
"Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikasının 10.06.1997-ci il tarixli Qanununun 93-cü maddəsinə görə Azərbaycan Respublikası Konstitusiyasının 126-cı maddəsinin birinci hissəsinə uyğun olaraq yaşı 30-dan aşağı olmayan, seçkilərdə iştirak etmək hüququna malik olan, ali hüquq təhsilli, hüquqşünas ixtisası üzrə 5 ildən artıq işləyən Azərbaycan Respublikası vətəndaşları hakim ola bilərlər.
Amma Vasif Talıbovun kadrlarına Konstitusiyanın tələbləri keçərli deyilmiş.
Çünki Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının 44-cü maddəsinin VI bəndinə əsasən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimlərini Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin Azərbaycan Respublikasının Prezidentinə verilmiş təklifi və Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Azərbaycan Respublikasının Milli Məclisi təyin edir.
Aşağıda adlarını qeyd edəcəyimiz hakimlərin iş təcrübəsi 5 il yox, 4 il hesablanıb. Onlar hakim təyin edilərkən Konstitusiyanın tələbinə əsasən hüquqşünas ixtisası üzrə 5 il iş təcrübəsinə malik olmalı idilər.