BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Əhməd İsmayılov ilə Kirsti Narinen arasında görüş keçirildi

Yanvarın 23-də Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov ilə Finlandiya Respublikasının ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri Kirsti Narinen arasında görüş keçirilib.

 

Pravda.az xəbər verir ki, Əhməd İsmayılov görüşlə bağlı məmnuniyyətini ifadə edərək, ölkəmizdə media sahəsində həyata keçirilən islahatların gedişatından, “Media haqqında” Qanun, Media Reyestri, jurnalistlərin peşəkarlığının, cəmiyyətin media savadlılığının artırılması istiqamətində görülən çoxşaxəli və kompleks tədbirlərin mahiyyəti və əhatə dairəsindən bəhs edib.

 

Finlandiya Respublikasının ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri Kirsti Narinen qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi üçün birgə layihələrin icrasının önəm daşıdığını bildirib.

 

Görüşdə media sahəsində ikitərəfli və çoxtərəfli əlaqələrin gücləndirilməsi, səmərəli əməkdaşlıq və inkişaf perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Tarix: 23 Yanvar 2023, 19:35   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin