BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Ədliyyə Nazirliyi Pənah Hüseynin partiyası ilə bağlı sənədləri geri qaytardı - "Toqquşduq"

“Siyasi partiyalar haqqında” yeni qanunla ilk olaraq Azərbaycan Xalq Partiyası toqquşdu. Ötən ilin dekabrın 12-də keçirilmiş AXP V qurultayının nəticələrinin Ədliyyə Nazirliyində hüquqi fakt kimi qeydə alınması  süni şəkildə uzadılır. Dekabrın 27-də yazılı şəkildə iki texniki çatışmazlıq (təqdim edilən sənədlərə AXP Nizamnaməsinin 1- ci redaksiyada əslinin əlavə edilməməsi və Nizamnamənin 2- ci redaksiyasının titul səhifəsində, AXP- nin qeydiyyat ilinin 1999-cu il əvəzinə 1992- kimi getməsi) əsas göstərilərək, bunlar düzəldilərək yenidən təqdimatdan sonra bu ilin yanvarın 5-də bu dəfə titul səhifəsində vəzifəli şəxsin düzgün göstərilməməsi və Nizamnamədə sıralamada uyğunsuzluq  qeyd olunaraq imtina edildi.

 

Pravda.az-ın xəbərinə görə, bunu partiyanın sədri Pənah Hüseyn bildirib.

 

“Son çatışmazlıqlar düzəldiləndən sonra,  yanvarın 23-də, yəni bu gün siyasi partiyalar haqqında yeni qanuna istinad olunaraq təmamilə   qanunsuz  tələb irəli sürüldü. Bunun yazılı şəkildə edilməsini gözləyirəm və alandan sonra açıqlayıb nə üçün qanunsuz olduğunu göstərəcəm. Yəni yeni qanunla ilk dəfə AXP toqquşdu deyə bilərik”, - P.Hüseyn qeyd edib.

Tarix: 23 Yanvar 2023, 21:39   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin