Rusiyada dəvə ovçuluq bazasının gözətçisini ayaqları altında tapdalayaraq öldürüb.
Faciə Omsk vilayətində yerli ov bazasının dəvələri yetişdirdiyi ərazidə baş verib.
Hadisə baş verən gün kişi bütün heyvanları volyerə aparmalı idi, ancaq dəvələrdən biri müqavimət göstərməyə başlayıb. Kadrlardan kişinin onun üzündən yumruqla vurduğu görünür. Qəzəblənən heyvan gözətçiyə hücum edərək onu ayaqları altında əzib.