İranın Sistan və Bəlucistan əyalətində iki polis əməkdaşı öldürülüb.
Pravda.az-ın məlumatına görə, bu barədə Sistan və Bəlucistan polis komandanlığı məlumat verib.
Bildirilib ki, dünən gecə əyalətin Bampur bölgə polis idarəsinin polis məmurları patrul missiyasını yerinə yetirərkən silahlı şəxslərin hücumuna məruz qalıb.