Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin keçmiş sədri istefa verdikdən sonra biznes strukturlarını da itirməkdə davam edir.
Qaynarinfo bildirir ki, "Xan"a məxsus ən iri biznes subyektlərindən biri olan "Gəmiqaya Holdinq" onun əlindən çıxandan sonra Naxçıvanbank ASC-ni də itirib.
Naxçıvanbank ASC 2008-ci ildə yaradılıb. Bankın səhmdarları haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur. ASC-nin rəsmi-veb səhifəsində "Səhmdarlar" bölümündə bankın səhmdarlarının 4 fiziki şəxs olduğu qeyd edilib. Lakin onların adları açıqlanmır.
Bankın illik maliyyə hesabatlarında da səhmdarlar haqqında heç bir məlumat yoxdur. Baxmayaraq ki, bank hesabatlarını Beynəlxalq Maliyyə Hesabatları Standartlarına uyğun tərtib etdiyini iddia edir. Bu hesabatın tələblərinə görə isə şirkətin əsas səhmdarlarının adları və payları, eləcə də ona son nəzarət edən tərəfin adı açıqlanmalıdır.
Məlumata görə, bankın səhmdarlarından 3-ü Vasif Talıbovun yaxın ətrafına daxildir. Onlardan biri keçmiş sədrin qızı Baharxanım Talıbovadır ki, o, bankın Müşahidə Şurasının üzvü olub. Vasif Talıbov istefa verdikdən sonra Baharxanım Talıbova da "Naxçıvanbank"ın Müşahidə Şurasının üzvlüyündən çıxarılıb.
İkinci şəxs Müşahidə Şurasının digər üzvü Rifat Mahmudovdur. İddialara görə, o da bankın səhmdarlarından biridir.
Rıfat Mahmudov Sədərək Gömrük İdarəsinin rəisi Nicat Mahmudovun qardaşıdır. O bu posta 2018-ci ildə təyin olunub.
Sədərək Gömrük İdarəsi Vasif Talıbov üçün kifayət qədər əhəmiyyətli postdur. Həmin posta onun yaxın ətrafına daxil olmayan kiminsə təyin olunması sadəcə mümkün deyil. Vasif Talıbov uzun illər bu idarəyə nəzarət uğrunda mübarizə aparıb. Mediada da bu barədə kifayət qədər məlumatlar yer alıb.
Bundan başqa, Rıfat Mahmudov haqqında məlumatlarda onun Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat kafedrasının müəllimi olduğu, eyni zamanda Talıbovların biznes strukturlarından olan "Nəqşicahan" şirkətində çalışdığı qeyd edilib. Bu faktlar onun Talıbovlara kifayət qədər yaxın şəxs olduğu barədə ehtimalları artırır.
Məlumatlarda Naxçıvanbank ASC-nin Müşahidə Şurasının sədri Əsədulla İsgəndərovun da bankın səhmdarlarından olduğu bildirilir. Bu şəxs də Vasif Talıbova yaxın olduğuna görə Müşahidə Şurasının sədri vəzifəsindən uzaqlaşdırılıb.
Beləliklə, Vasif Talıbov faktiki olaraq bu 3 şəxsin hesabına bankda əhəmiyyətli paya sahib olub. Adıçəkilən şəxslərin Naxçıvanbank ASC-nin rəhbərliyindən uzaqlaşdırılması isə Vasif Talıbovun artıq bankı itirdiyini deməyə əsas verir.
4 Fevral 00:24
3 Fevral 23:55
3 Fevral 23:36
3 Fevral 23:33
3 Fevral 22:47
3 Fevral 22:29
3 Fevral 22:26
3 Fevral 21:33
3 Fevral 21:28
3 Fevral 21:23
3 Fevral 20:28
3 Fevral 20:08
3 Fevral 19:25
3 Fevral 19:07
3 Fevral 19:01
3 Fevral 18:37
3 Fevral 18:27
3 Fevral 17:39
3 Fevral 17:24
3 Fevral 16:42
3 Fevral 16:06
3 Fevral 15:50
3 Fevral 15:42
3 Fevral 15:30
3 Fevral 15:27
3 Fevral 15:05
3 Fevral 15:04
3 Fevral 15:01
3 Fevral 14:42
3 Fevral 14:35
3 Fevral 14:25
3 Fevral 14:21
3 Fevral 14:15
3 Fevral 13:58
3 Fevral 13:45
3 Fevral 13:45
3 Fevral 13:43
3 Fevral 13:38
3 Fevral 13:38
3 Fevral 13:26
3 Fevral 13:00
3 Fevral 12:55
3 Fevral 12:49
3 Fevral 12:46
3 Fevral 12:43
3 Fevral 12:37
3 Fevral 12:30
3 Fevral 12:08
3 Fevral 11:44
3 Fevral 11:34
3 Fevral 11:22
3 Fevral 11:11
3 Fevral 11:01
3 Fevral 11:00
3 Fevral 10:58
3 Fevral 10:50
3 Fevral 10:44
3 Fevral 10:41
3 Fevral 10:39
3 Fevral 10:33
3 Fevral 10:27
3 Fevral 10:17
3 Fevral 10:13
3 Fevral 09:40
3 Fevral 09:38
3 Fevral 09:36
3 Fevral 09:32
3 Fevral 09:28
3 Fevral 09:26
3 Fevral 09:22
3 Fevral 09:19
3 Fevral 09:17
3 Fevral 00:37
2 Fevral 23:35
2 Fevral 23:34
2 Fevral 23:31
2 Fevral 23:08
2 Fevral 23:01
2 Fevral 22:35
2 Fevral 21:54
2 Fevral 21:48
2 Fevral 21:08
2 Fevral 20:53
2 Fevral 20:45
2 Fevral 20:37
2 Fevral 20:25
2 Fevral 19:57
2 Fevral 19:47
2 Fevral 19:42
2 Fevral 19:17
2 Fevral 18:53
2 Fevral 18:51
2 Fevral 18:49
2 Fevral 18:28
2 Fevral 18:20
2 Fevral 18:15
2 Fevral 18:04
2 Fevral 17:47
2 Fevral 17:38
2 Fevral 17:21
2 Fevral 17:20
2 Fevral 17:13
2 Fevral 17:11
2 Fevral 17:09
2 Fevral 17:04
2 Fevral 16:57
2 Fevral 16:54
2 Fevral 16:49
2 Fevral 16:41
2 Fevral 16:37
2 Fevral 16:17
2 Fevral 16:13
2 Fevral 16:09
2 Fevral 15:51
2 Fevral 15:38
2 Fevral 15:27
2 Fevral 15:14
2 Fevral 15:14
2 Fevral 15:03
2 Fevral 14:58
2 Fevral 14:57
2 Fevral 14:56
2 Fevral 14:51
2 Fevral 14:39
2 Fevral 14:35
2 Fevral 14:33
2 Fevral 14:30
2 Fevral 14:27
2 Fevral 14:23
2 Fevral 14:20
2 Fevral 14:08
2 Fevral 13:57
2 Fevral 13:35
2 Fevral 13:30
2 Fevral 13:20
2 Fevral 13:09
2 Fevral 13:01
2 Fevral 12:58
2 Fevral 12:41
2 Fevral 12:38
2 Fevral 12:29
2 Fevral 11:59
2 Fevral 11:50
2 Fevral 11:46
2 Fevral 11:12
2 Fevral 11:12
2 Fevral 11:01
2 Fevral 10:59
2 Fevral 10:46
2 Fevral 10:21
Ən son xəbərləri səhifəmizdən də izləyin