BURADA REKLAMINIZ OLA
BİLƏR

Bəxtiyar Hacıyevlə bağlı qərar verildi

Bakı Apellyasiya Məhkəməsində ictimai fəal Bəxtiyar Hacıyevin həbs müddətinin uzadılması ilə bağlı verilən qərardan apellyasiya şikayətinə baxılıb.

 

Vəkil Aqil Layıc şikayətin təmin edilmədiyini bildirib.

 

Qeyd edək ki, yanvarın 21-də Xətai rayon Məhkəməsinin qərarı ilə Bəxtiyar Hacıyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 28 fevral 2023-cü il tarixinədək uzadılıb.

 

Daha əvvəl isə ötən il dekabrın 9-da Xətai rayon Məhkəməsinin qərarı ilə Bəxtiyar Hacıyevin barəsində 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib, barəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 289-cu (Məhkəməyə hörmətsizlik etmə) maddələri ilə cinayət işi başlanıb və ona ittiham verilib.

Tarix: 24 Yanvar 2023, 20:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin