BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Meyxanaçı Kərimdən xəbər var

Uzun müddətdir yataq xəstəsi olan Kərim Novruzovdan (Ağakərim) xəbər var.

 

Pravda.az Olay-a istinadla xəbər verir ki, meyxanaçı barədə həmkarı, yaxın dostu Ağamirzə Məmmədov danışıb.

 

O bildirib ki, həkimlər Ağakərimin səhhəti ilə bağlı müsbət proqnoz verməyib:

 

“Səhhətində bir dəyişiklik yoxdur. Geriyə gedir ki, irəli getmir. Uzanıb qalıb. Sağala bilər söhbəti etmirlər. Həkimlər deyir ki, belə qalsa, yaxşıdır. Mən ziyarət edirəm. Çox çətinliklə danışır. Ancaq uzanır. Nə otura bilir, nə də ayağa qalxır”.

 

Qeyd edək ki, 2017-ci ildə Ağakərimin beyninə qan sızıb. 2021-də isə yenidən insult keçirib.

Tarix: 24 Yanvar 2023, 20:33   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin