Xəbər verdiyimiz kimi, Bakıda restoranlarından birində yemək yeyən müştərilər hesabı ödəmədən qaçıblar.
Pravda.az ölkə.az-a istinadən xəbər verir ki, hadisə Xətai rayonunda yerləşən restoranlardan birində baş verib. Ailəvi şəkildə restorana gəldiyi deyilən şəxslər 100 manatdan çox sifariş verərək yeyib içiblər. Sonradan oğlan məkanın pəncərəsindən çıxaraq qaçıb. Qadın və uşaq isə qapıdan çıxıblar. Bütün bunlar kameraya düşüb.