Pensiyaçılara artıq ödənilən məbləğ geri alınacaq.
Xezerxeber.az-ın məlumatına görə, “Əmək pensiyaları haqqında” qanuna edilən dəyişiklik artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulmasında müddətli amnistiyanın tətbiqini nəzərdə tutur.
Mövzu ilə bağlı danışan Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin sektor müdiri Aynurə Zamanova bildirib ki, dəyişikliyə əsasən, yalnız son 3 il üçün ödənilmiş artıq məbləğ geri tutulacaq.