Baş Prokurorluq daşınmaz əmlak hüquqlarının “bir pəncərə”dən dövlət qeydiyyatına alınması ilə bağlı qanunvericiliyə edilmiş dəyişikliyi şərh edib.
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” və “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 29.11.2022-ci il tarixli qanunları 23 yanvar 2023-cü ildə rəsmi dərc edilərək qüvvəyə minib.
Qeyd edilib ki, dəyişikliyə əsasən, “bir pəncərə” prinsipi – daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı ilə bağlı sadələşdirilmiş inzibati icraatdır:
"Daşınmaz əmlaka sərəncam verilməsi barədə notariat qaydasında təsdiq edilmiş müqavilələr, habelə daşınmaz əmlak barəsində aparılmış notariat hərəkətinin nəticəsi olaraq tərtib və (və ya) təsdiq edilmiş digər sənədlər (o cümlədən müqavilə, ər-arvadın ümumi əmlakdakı paya mülkiyyət hüququ haqqında şəhadətnamə, qanun və ya vəsiyyət üzrə vərəsəlik şəhadətnaməsi, bölgü planı, nisyə alqı-satqı müqaviləsi üzrə son ödəniş barədə bildiriş və s.) əsasında hüquqlarının “bir pəncərə” prinsipi əsasında dövlət qeydiyyatı aşağıdakıları nəzərdə tutur: