Dəbdəbəli saat istehsalçısı “Jacob & Co”Kriştianu Ronaldu üçün eksklüziv saat yaradıb.
“Caviar Flying Tourbillon” adlı xüsusi model qranat daşlarının ən bahalısı olan parlaq yaşıl savoritlərlə bəzədilib. Savoritlər təbiətdə zümrüdlərdən təxminən 200 dəfə az rast gəlinir. Onlar çox bahalıdır, rənglərinə görə tez-tez zümrüdlərlə qarışdırılsalar da, daha parlaqdırlar.