Azərbaycan İslam Partiyasının sədri, Hacı Mövsüm kimi tanınan Mövsüm Səmədovun azadlığa çıxması münasibətilə evində dini məclis təşkil edən şəxs saxlanılıb. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə Suraxanı rayonunda baş verib. Belə ki, polisə qəsəbədəki evlərdən birində partiya üzvləri və dini təhsilli şəxslərin iştirakı ilə tədbir keçirilməsi barədə məlumat daxil olub. Əraziyə gedən polis əməkdaşları tədbirin qanunsuz keçirildiyini və dayandırılmalı olduğunu bildirib.
İttihama görə, bu zaman ev sahibi, tədbirin təşkilatçısı olan 1991-ci il təvəllüdlü şəxs etirazını bildirib və polisin tələbinə tabe olmayaraq aqressivlik nümayiş etdirib. Onunla birgə tədbirlə əlaqədar oraya gələn daha 3 nəfər saxlanılıb. Polis tərəfindən edilən xəbərdarlıqdan sonra evə gələn digər şəxslər ərazini tərk edib.