Prezident İlham Əliyev Milli Aviasiya Akademiyasının bir qrup əməkdaşının təltif edilməsi haqqında sərəncam imzalayıb.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü və 32‑ci bəndlərini rəhbər tutaraq, Milli Aviasiya Akademiyasının 30 illiyi münasibətilə qərara alıram:
1. Milli aviasiya kadrlarının hazırlanması sahəsində xidmətlərinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif edilsinlər:
Dadaşov Fuad Həsən oğlu
Mahmudlu Firdovsi Ələddin oğlu.
2. Milli aviasiya kadrlarının yetişdirilməsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin: