Məzmuna keç
Pravda.az — xəbər portalı
Cəmiyyət

Kinematoqrafçılar İttifaqı üzvlükdən istefalarla bağlı məlumatlara münasibət bildirdi

846
Paylaş:
Kinematoqrafçılar İttifaqı üzvlükdən istefalarla bağlı məlumatlara münasibət bildirdi

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı 20-ya yaxın şəxsin üvzlükdən istefa verməsi ilə bağlı məlumatlara münasibət bildirib.

İttifaqdan bildirilib ki, ARKİ-nin Nizamnaməsinə əsasən səbəbindən asılı olmayaraq istənilən üzv olan şəxs istənilən vaxt üzvlükdən imtina etməklə əlaqədar ərizə ilə müraciət edə bilər. Mətbuatda adları təqdim edilən ARKİ-nin bəzi üzvlərinin üzvlükdən imtina etməsi ilə əlaqədar bildiririk ki, üzvlükdən imtina ilə əlaqədar ARKİ-yə heç bir müraciət daxil olmamışdır.

Adları mətbuata təqdim edilən bəzi üzvlərlə əlaqə saxlanılmış, lakin həmin üzvlər xəbəri mətbuatdan eşitdiklərini və üzvlükdən imtina barədə nə şifahi, nə də yazılı müraciət etmədiklərini ifadə edərək əksinə adlarından istifadə edərək bu xarakterli məlumatın yayılmasına tənqidi yanaşdıqlarını bildirmişlər".

Paylaş:

Ən son xəbərlər