Sadə, səmimi insan, zarafatları ilə hər kəsin üzündə gülüş yaradan aktyor. Xalq artisti Telman Adıgözəlov yaddaşlarda belə qaldı. O, yaratdığı obrazları ilə mədəniyyət tariximizin səhifələrində əbədi yaşayacaq.
Baku TV-nin “Retro Baku” verilişində aktyorun sənət yoldaşları və oğlu Tural Adıgözəlov Xalq artisti haqqında xatirələrini bölüşüb, ölümü ilə bağlı təfərrüatlardan, dəfnində yaşanan izdihamdan bəhs olunub.