"Xəzər axşamları" verilişində maraqlı anlar yaşanıb. Verilişin qonağı olan müğənni Manaf Ağayev verdiyi açıqlamalarla diqqəti öz üzərinə çəkib.
“Oxumaq boş şeydir, əsas kişi olmaqdır” - Manaf Ağayev
Aparıcı əvvəlcə Əməkdar artist Elnarə Abdullayevanın ünvanına xoş sözlər söyləyib. Bu zaman Manaf Ağayev onunla həmrəylik nümayiş etdirib. O, Elnarə Abdullayevanın sənətini yüksək qiymətləndirdiyini deyib: "Elnarə xanımın əli çiynimdə olsa, bütün mahnıları oxuya bilərəm".
Digər qonaqlar isə Manaf Ağayevin ifa tərzini bəyəndiklərini deyərək, onun sənətini müsbət qiymətləndirdiklərini bildiriblər. Müğənninin reaksiyası hər kəsi təəccübləndirib: "Oxumaq boş şeydir. Əsas yaxşı ailə başçısı, yaxşı ata, yaxşı dost, yaxşı kişi olmaqdır. Manafı bu keyfiyyətlərinə görə sevin"./Yenisabah.az