“Vaxtilə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı yarananda ərizə yazıb üzv olmuşdum. Rüstəm İbrahimbəyov qayıdanda Azərbaycan Kinematoqrafçılar İttifaqına üzv oldum. Dedilər, hər ikisində qala bilərsiniz. Amma üzv oldum nə xeyri, olmadım nə xeyri? Heç bir ittifaqla əlaqəm yoxdur. Heç biri də məni tədbirlərinə dəvət etməyiblər”.
Pravda.az xəbər verir ki, bunu Əməkdar artist Münəvvər Əliyeva Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqını tərk etməsi ilə bağlı iddiaya cavab verərkən deyib.