Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

İran polisindən səfirliyimizə hücumla bağlı İLK AÇIQLAMA

963
Paylaş:
İran polisindən səfirliyimizə hücumla bağlı      İLK AÇIQLAMA

Azərbaycanın İrandakı səfirliyinə hücumla bağlı Tehran Polis İdarəsi ilkin açıqlama yayıb.

Pravda.az xəbər verir ki, polisin ilkin açıqlamasında deyilir:

"Hücum edən şəxs iki azyaşlı uşağı ilə səfirliyə daxil olub. İlkin istintaqda təcavüzkar hücum motivlərini şəxsi və ailə problemləri kimi göstərib".

Xatırladaq ki, Yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub.

Hücum edən şəxs kalaşnikov markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir.

Azxeber.com

Paylaş:

Ən son xəbərlər