BURADA REKLAMINIZ OLA
BİLƏR

“Səfirliyimizə hücum terror aktıdır, arxasında İran xüsusi xidmət orqanları durur”

"Səfirliyə hücum çox ciddi bir beynəlxalq skandaldır. Böyük ehtimalla bu prosesin arxasında İranın xüsusi xidmət orqanları durur. Bu, İranın Azərbaycana qarşı düşmənçilik siyasətinin pik həddidir. Bütün bunların hamısı ciddi araşdırılmalıdır".

 

Pravda.az xəbər verir ki, bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa deyib. Millət vəkili qeyd edib ki, həmin araşdırma prosesində də Azərbaycan mütəxxəsisləri də iştirak etməlidir:

 

"Hər halda bu işin sonuna qədər gedilməlidir, aydınlaşmalıdır. Çünki belə addımlar həmişə atılanda bunun müəyyən dərəcədə dövlətlərarası münasibətə nə qədər böyük bir zərbə vuracağını proqnozlaşdıra bilirlər. Görünür, bu məqsədlə ediblər. Hər halda, Azərbaycan dövləti də özünün orada səfirliyini qorumaq üçün ciddi addımlar atmalıdır, atacaq da. Hər halda, bu çox ciddi çox pis nəticələrə gətirib çıxaracaq. İranda bu gün sevinməsinlər ki, belə bir addımı atmaqla, sanki nəyinsə qisasını aldılar. Azərbaycana nəyisə göstərmək istəyirlər. Amma, bu İranın özü üçün də yaxşı nəticələr doğurmayacaq. Dünyasını dəyişmiş vətəndaşımıza Allahdan rəhmət diləyirəm, yaralı vətəndaşlarımıza da şəfa diləyirəm. Bunu Azərbaycan həm də beynəlxalq səviyyədə gündəmə gətirməlidir. Bu, bir terror aktıdır. İran kimi totalitar ölkələrdə dövlətin məlumatından kənarda kiminsə belə bir addım atması fərqli bir hadisə kimi baxılması ehtimalı çox azdır".

Tarix: 27 Yanvar 2023, 11:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin