BURADA REKLAMINIZ OLA
BİLƏR

Aİ səfiri Azərbaycanın İrandakı səfirliyinə hücumu qəbuledilməz adlandırdı

Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko Azərbaycanın Tehrandakı səfirliyinə hücumu pisləyib.

 

Pravda.az xəbər verir ki, bu barədə səfir Mixalko "Twitter" hesabında paylaşım edib.

 

"Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum nəticəsində insan tələfatı və yaralananlar barədə xəbər məni dəhşətə gətirdi. Diplomatik nümayəndəliklərə hücumlar qəbuledilməzdir. Həlak olan şəxsin ailəsinə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram", - Aİ səfiri bildirib.

Tarix: 27 Yanvar 2023, 12:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin