Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini Adil Əliyev növbəti dəfə onlayn rejimdə vətəndaşların qəbulunu həyata keçirib.
Pravda.az-ın xəbərinə görə, qəbul zamanı vətəndaşların müraciətləri dinlənilib, müraciətlərin həll olunması istiqamətində zəruri işlər görülüb.
Habelə, qəbul zamanı vətəndaşlara cənab Prezidentin tapşırığı ilə koronovirus (Covid19) infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində görülən işlər, hazırlanan sosial-iqtisadi paket barədə məlumat verilib, cənab Prezidentin göstərişlərinə və Nazirlər Kabineti yanında operativ qərargahın tapşırıqlarına ciddi şəkildə riayət etmək tövsiyə edilib.