Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Azərbaycanın Tehrandakı səfirliyi əməkdaşlarına qarşı terror hücumunu pisləyib.
Ombudsman Azərbaycanın İrandakı səfirliyinə hücumu pislədi
Pravda.az xəbər verir ki, bu barədə Ombudsman tviter hesabında edilən paylaşımda bildirilib.
“Biz Azərbaycanın Tehrandakı səfirliyinə edilən terror hücumunu qətiyyətlə pisləyirik və müvafiq dövlət orqanlarının günahkarların ədalət qarşısında cavab verməsi üçün əllərindən gələni edəcəklərinə inanırıq”, - qeyd olunub.