“İrandakı səfirliyimizə silahlı hücum hamımızın hiddətinə səbəb oldu”.
Hacı Şahin: “Bu cinayətdə əli olan hər kəsin ən ağır şəkildə cəzalanmasını tələb edirik”
Pravda.az-ın xəbərinə görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli bildirib.
“Bu terror aktını qətiyyətlə qınayır, Allahdan şəhid olmuş igidimiz Orxan Əsgərov üçün rəhmət, yaralanmış səfirlik əməkdaşları üçün isə şəfa diləyirik. Hamımız bu ağır vəziyyətdə mərdlik nümayiş etdirən diplomatlarımızın yanındayıq. Bu cinayətdə əli olan hər kəsin ən ağır şəkildə cəzalanmasını tələb edirik”, - o qeyd edib.