“Həyat yoldaşım Röya xanım rəhmətə gedib. Mənə çox çətindir. Təzyiqi beyninə vurdu. Mənə dedi ki, iki gündür özümü yaxşı hiss edirəm, dərman içmirəm. Belə eksperiment eləmək düzgün deyil”.
Pravda.az OLAY-a istinadən xəbər verir ki, bu sözləri “Səhər mərkəzi” proqramına Xalq artisti Cavan Zeynallı deyib.
Ötən günlərdə ömür yoldaşı dünyasını dəyişən Zeynallı onun xəstəlik prosesindən söz açıb:
“5 ay xəstəxanada olduq. Həkimlər dedi, 1 ay sonra oturacaqsan. Sonra dedilər danışığınız düzələcək. Gecələr qorxurdu deyə, onun yanında qalırdı. Gözləyirdik düzələcək. Dedilər, Türkiyəyə gedək. Orada da qiymətlər çox yüksəkdir. Gərək sponsor tapaq. Məndə də bu şeylər yoxdur. O birilər tapırlar, mən utanıram. Biz inandıq ki, yaxşı olacaq. 69 yaşında rəhmətə getdi”.
Sənətçi “Dedilər, depressiyaya düşmüsünüz” sualına “Sevimli, gözəl, ağıllı insan ölüb. Bəs, necə olmalıdır? Elə utancaq idi, istəmirdi ki, mahnılara yazılmış sözlərin ona aid olduğunu deyim. Mən isə fəxr edirdim”, - deyə, cavab verib.