BURADA REKLAMINIZ OLA
BİLƏR

Vəhdət Partiyası: İran dinc qonşuluq şəraitində yaşamaq qaydalarına belə əməl etmir

2023-cü ilin yanvar ayının 27-də, səhər saat 08.30 da Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə hücum olub. “Kalaşnikov” markalı avtomatla silahlanmış Şəxs mühafizə postunu yararaq, bir nəfəri öldürüb, iki nəfəri isə yaralayıb”.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə Vəhdət Partiyasının Bəyanatında deyilir.

 

“Məsələ ilə bağlı cinayət işi qaldırılaraq, İran İslam Respublikasının müvafiq qurumlarına müraciət edilib. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev hadisəni kəskin pisləyərək, həlak olanın ailəsinə baş sağlığı vermiş və qarşı tərəfdən cinayətlə bağlı tədbirlər görməsini tələb edib. Vəhdət Partiyası Azərbaycan Respublikası səfirliyinə olan bu hücumu kəskin pisləyərək, hesab edir ki, hadisənin baş verməsi təsadüfi ola bilməz. Son dövrlər İran İslam Respublikasının rəhbər vəzifəli şəxsləri, informasiya vasitələri Azərbaycan Respublikası əlehinə diplomatiyaya uyğun olmayan ritorikadan istifadə edərək, 1961-ci il Vyana Konvensiyasını ciddi şəkildə pozublar. Əgər İran rəsmiləri tərəfindən dövlətimiz əlehinə nifrət təbliğatı olmasaydı, heç kim belə hadisə törətməyə həvəs və cürət göstərməzdi. Bu hadisə bir daha gösrərdi ki, İran İslam Respublikası Beynəlxalq münasibətlərin əlifbası olan dinc qonşuluq şəraitində yaşamaq qaydalarına belə əməl etmir. Vəhdət Partiyası bu silahlı insidenti bir daha məhkum edərək, İran tərəfdən cinayətkar və onu bu işə şirnikləndirən şəxs və təşkilatların üzə çıxarılaraq, ciddi şəkildə cəzalandırılmasını tələb edir" - bəyanatda bildirilib.                                                                                                         

Tarix: 27 Yanvar 2023, 16:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin