Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

Hacı Surxay: “İran dövləti həmin terrorçuları cəzalandırmalıdır”

1 215
Paylaş:
Hacı Surxay: “İran dövləti həmin terrorçuları cəzalandırmalıdır”

Qafqaz Müsəlmanları İdarəsi Qazilər şurasının üzvü hacı Surxay Məmmədli bu gün Cümə xütbəsində Azərbaycanın İrandakı səfirliyinə qanlı hücuma münasibət bildirib.

Pravda.az xəbər verir ki, o, bu gün səhər saatlarında Tehrandakı səfirliyimizdə baş verən terror hadisəsinin onu sarsıtdığını deyib.

“Bu gün səhər saatlarında Tehrandakı səfirliyimizdə baş verən terror hadisəsi məni bir azərbaycanlı kimi dərindən sarsıtdı. Baş verən terror hadisəsində şəhid olan soydaşımıza Uca Allahdan rəhmət, yaralılarımıza şəfa diləyirəm. Baş verən hadisə açıq-aşkar bir müsəlman ölkəsinin səfirliyinə qarşı terrordur və mütləq İran dövləti həmin terrorçuları cəzalandırmalıdır”, - o qeyd edib.

Paylaş:

Ən son xəbərlər