Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

Səudiyyə Ərəbistanı XİN İrandakı səfirliyimizə silahlı hücumu pislədi

922
Paylaş:
Səudiyyə Ərəbistanı XİN İrandakı səfirliyimizə silahlı hücumu pislədi

Səudiyyə Ərəbistanı Krallığının Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumu pisləyib.

Pravda.az xəbər verir ki, bununla bağlı XİN-in mətbuat xidməti bəyanat yayıb.

“Səudiyyə Ərəbistanın Xarici İşlər Nazirliyi İranın paytaxtı Tehranda Azərbaycan Respublikasının səfirliyinə bir nəfərin ölümü və bir neçə nəfərin xəsarət alması ilə nəticələnən silahlı hücumu qətiyyətlə pislədiyini bildirir. Nazirlik bu çətin anda Krallığın Azərbaycan Respublikası və onun dost xalqı ilə həmrəy olduğunu təsdiq edir, diplomatik nümayəndəliklərin toxunulmazlığına hörmət etməyə və günahkarların cəzalandırılmasına çağırır", - XİN-dən bildirilib.

Paylaş:

Ən son xəbərlər