BURADA REKLAMINIZ OLA
BİLƏR

BQP Tehranda Azərbaycan səfirliyinə qarşı törədilən terror aktı ilə bağlı bəyanat qəbul etdi

Böyük Quruluş Partiyası Tehranda Azərbaycan səfirliyinə qarşı törədilən terror aktı ilə bağlı bəyanat qəbul edib.

 

Pravda.az-a daxil olan bəyanatda deyilir:

 

“Bu gün Tehranda Azərbaycan Respublikasının səfirliyinə qarşı dəhşətli terror aktı həyata keçirilib.  Törədilmiş hadisə nəticəsində şəhid olmuş səfirliyin əməkdaşı- Orxan Əsgərova Allahdan rəhmət diləyir, vəzifə borclarını həyata keçirərkən yaralanan əməkdaşlara tezliklə sağlamlıqlarına qovuşmalarını arzu edirik. 

 

Böyük Quurluş Partiyası Azərbaycanın səfirliyinə qarşı törədilən bu hücumu İranın rəhbər şəxslərinin, saxta din xadimlərinin, bütünlüklə fars-molla rejiminin getdikcə azğınlaşan antiAzərbaycan təbliğatının nəticəsi hesab edir.  Beynəlxalq hüquqla toxunulmaz ərazi hesab edilən səfirlik binasının lazımi səviyyədə qorunmamasında və əməkdaşların təhlükəsizliyinin təmin edilməməsində heç şübhəiz ki, bütün məsuliyyətin əli qanlı fars-molla rejiminin üzərinə düşür.

 

İranın son zamanlar ölkəmizə qarşı açıq şəkildə sərgilədiyi düşmən mövqe, işğalçı Ermənistana hərtərəfli yardımı, Vətən Müharibəsindən sonrakı dövrdə əldə etdiyimiz qələbəni həzm etməməsi səbəbindən bizi hərbi təcavüzlə dəfələrlə hədələməsi eləcə də, bugünkü terror aktı ilə bağlı rəsmi məqamların iz azdırmağa yönəlik gülünc açıqlamaları baş vermiş barbar hadisədə fars molla rejiminin xüsisi xidmət orqanlarından şübhə etməmizə kifayət qədər ciddi əsaslar verir.

 

Ciddi beynəlxalq skandala çevrilən bu hadisənin arxasında kimlərin durduğu ciddi şəkildə araşdırılmalı və həmin prosesdə Azərbaycan mütəxəssislərinin də iştirakının təmin edilməsinə nail olmalıyıq. Ümid edirik ki, bu terror aktı Azərbaycanın rəsmi orqanları tərəfindən beynəlxalq səviyyədə davamlı olaraq gündəmə gətiriləcək, Tehrandan qatil və ya qatillərin arxasındakı hansı güclərin və sifarişçilərin durduğu ciddi şəkildə aşkara çıxarılması tələb edilməklə, proses ciddi şəkildə nəzarət altında saxlanılacaqdır”.

Tarix: 27 Yanvar 2023, 16:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin