Xəbər verdiyimiz kimi, ötən gün Xalq artisti Aygün Kazımova ad gününü təmtəraqlı şəkildə qeyd edib. Gecəyə qatılanlar arasında diqqət çəkən nüanslardan biri də Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyevin üzündə olan yara izləri olub. Bəstəkar məsəslə ilə bağlı Axşam.az-ın suallarını cavablandıraraq bunun səhhəti ilə bağlı olduğunu vurğulayıb:
"Hər hansı qəza keçirməmişəm. Bir xəstəliyim var, bu da onun təzahürüdür".
O, 19 ildən sonra Şimali Kipr Türk Cümhuriyyətindən Azərbaycana köçməsinə də aydınlıq gətirib:
"Gəzməyə qərib ölkə, ölməyə vətən yaxşı. Geci-tezi gedənlər yenidən buraya dönmək istəyirlər. 20 il burada olmadım. Bu illər ərzindən bir çox əsər yazdım. Olduğum yerdə o əsərlərin ifa olunma imkanı yoxdur. Orada nə opera teatrı, nə simfonik orketrlar, nə də Musiqili Komediya teatrı var. Televiziya kanalları da musiqi verilişləri etmirlər, hazır lentlər tapıb verirlər. Ona görə də yaradıcıllıq baxımından orada durğunluq oldu. Bu, məndə olmadı, əsərlərim yığıldı, indi onları ifa etmək lazımdır. Bu da təbii ki, burada mümkün olacaq. Elə qayıtmağımın ən böyük səbəbi budur. Yeni işlər var.