“Ölkəmizin Tehrandakı səfirliyinə edilən terror hücumunu qətiyyətlə qınayır və yolverilməz olduğunu bildirirəm. Son zamanlar İranda anti-Azərbaycan kampaniyasının aparılması müşahidə edilirdi”.
Mahir Abbaszadə: "Ölkəmizin Tehrandakı səfirliyinə edilən terror hücumunu qətiyyətlə qınayıram"
Pravda.az-ın xəbərinə görə, bunu deputat Mahir Abbaszadə bildirib.
“Bütün bu hadisələrin fonunda belə bir hadisənin baş verməsi gözlənilən idi. 1961-ci il tarixli Vyana Konvensiyasına uyğun olaraq, yerləşmə ölkəsi diplomatik nümayəndəliklərin mühafizəsini, onların əməkdaşlarının təhlükəsizliyini təmin etməyə borcludur. Iran bu terroru araşdırmalı, xain hücumun arxasında olanların aşkar edilərək cəzalandırılması üçün tədbir görməlidir. Terror hücumu nəticəsində şəhid olan baş leytenant Əsgərov Orxan Rizvan oğlunun doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin. Yaralılara Allahdan şəfa diləyirəm”, - deputat qeyd edib.