İran televiziyası Azərbaycanın Tehranda yerləşən səfirliyinə qarşı terror aktı həyata keçirən terroristdən müsahibə alıb.
“Haber Global” bu görüntülərin əks olunduğu videosüjet hazırlayıb.
Görüntülərdə İran televiziyası, İran kanalları bir insanın ölümünə və iki insanın yaralanmasına səbəb olan terroristə mikrofon uzadır və ona söz haqqı verir.