Məzmuna keç
Pravda.az — xəbər portalı
Dünya

Bayden: Bu, sivil dünyaya hücumdur

1 262
Paylaş:
Bayden: Bu, sivil dünyaya hücumdur

ABŞ Prezidenti Co Bayden ilə İsrailin baş naziri Benyamin Netanyahu arasına telefon danışığı olub.

Pravda.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Co Bayden Yerusəlimdə sinaqoq yaxınlığındakı terror aktı ilə bağlı İsrailə lazımi yardımı göstərməyə hazır olduğunu deyib.

“Prezident aydın şəkildə bildirdi ki, bu, sivil dünyaya hücumdur. Prezident ABŞ-ın İsrailin təhlükəsizliyinə sarsılmaz sadiqliyini vurğulayıb. Onun komandasının israilli həmkarları ilə daim əlaqə saxlayacağına söz verdi”, - deyə Ağ Evdən qeyd edilib.

APA

Paylaş:

Ən son xəbərlər