Yoldan keçən şəxs çöllükdə zibil torbasının içində çılpaq və əlləri bağlı yeniyetmə qız tapıb. 16 yaşlı qız çaşqın vəziyyətdə olub. Zərərçəkən polisə onu kimin qaçırdığını və ya son bir neçə günü harada keçirdiyini deyə bilməyib.
Hadisə Meksikanın Mexiko şəhərində baş verib.
Məlumata görə, 16 yaşlı Mariya Angela Holguin metro stansiyasında anasını gözləyərkən itkin düşüb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları müşahidə kameralarında bir kişinin qızın qolundan tutaraq apardığını görüblər, ancaq qızın könüllü getmədiyi aydın müşahidə edilib. Sonra onlar gözdən itiblər.
Qızın anasının sözlərinə görə, Mariya yoxa çıxmazdan bir qədər əvvəl sanki camaatın içindən kiminsə onu iynə ilə sancdığını deyib və qolundakı ağrılardan şikayətlənib.