Azərbaycan Respublikasına səfərə gələn Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisinin yanvarın 28-də rəsmi qarşılanma mərasimi olub.
Pravda.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Misir Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisini qarşıladı.
Fəxri qarovul dəstəsinin rəisi Misir Prezidentinə raport verdi.
Prezident Əbdülfəttah Əs-Sisi Azərbaycan əsgərlərini salamladı.