Azərbaycanda “Heydər Əliyev-100” yubiley medalı təsis ediləcək.
“Heydər Əliyev-100” yubiley medalı təsis edilir
Pravda.az xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin 2023-cü il üzrə yaz sessiyasının qanunvericilik işləri planında əksini tapıb.
Layihə sessiya ərzində parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirəyə çıxarılacaq.