Siyasi əlaqələrimizin gücləndirilməsi məsələləri də diqqətdən yayınmadı. Beynəlxalq təşkilatlardakı birgə fəaliyyətimizi gücləndirəcəyik və əməkdaşlığımızı dərinləşdirəcəyik.
Dövlət başçısı: Beynəlxalq təşkilatlarda Misirlə birgə fəaliyyəti gücləndirəcəyik
Pravda.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisi ilə geniş tərkibdə görüşündə deyib.
Dövlət başçısı əmin olduğunu bildirib ki, Misir Prezidentinin Azərbaycana səfəri ölkələrimizin gələcəkdə uğurla inkişafına çox böyük töhfə verəcək.