BURADA REKLAMINIZ OLA
BİLƏR

Qətldə günahlandırılan şəxs studiyaya gəldi - VİDEO

3 ay əvvəl Bərdə mal bazarında baş verən cinayət olayının şok təfərruatları ortaya çıxıb.

 

Space Tv-də Amil Xəlilin «Gəl, danış» verilişinə müraciət edən mərhum Nicat Tağıyevin anası cinayətkarın hələdə tutulmamasına etiraz edib.

 

Hadisə 14 manat pul üstündə baş verib. Mal mazarında çalışan Nicat Loğman adlı sürücüdən yer haqqını ödəməsini tələb edib. Loğman Hüseynli isə ödənişi etməkdən imtina edib. Bu zaman Nicat Loğmanın idarə etdiyi «qazel» markalı avtomobilin qarşısına keçib və pulu tələb edib. Əks halda qapını açmayacağını bildirib. Bu zaman qəzəblənən Loğman avtomobili idarə edib və hadisə baş verib. 

 

Ana oğlunu öldürən şəxsin bir dəfə də olsa onları ziyarət etmədiyini və üzünü belə görmədiyini qeyd edib: «3 aydır hadisə baş verib. Bərdə prokurorluğu işi niyə gözlədir? Vuran bəlli, ölən bəlli. Mənə müstəntiq deyir ki, niyə tutaq onu? Necə niyə tutaq? Oğlumu öldürüb, avtomobillə üstündən keçib» deyə Nicatın anası Sədaqət xanım qeyd edib

 

Amil Xəlil adı çəkilən Loğman Hüseynlini canlı yayıma gətirib. Nicatı öldürdüyü iida olunan şəxsin bir-birindən fərqli ifadələri ekspertləri özündən çıxardıb. O, gah görmədiyini gah da avtomobilin yanı ilə vurduğunu bildirib. Loğman və ailəsi canlı yayımda mərhumun doğmalarından üzr istəsə də , bu istək qəbul edilməyib. «Niyə üzr istəməyə, barışığa getmədiniz?» sualına isə Loğmanın qardaşı «biz səhv elədik, etiraf edirik. Bizə qohumları icazə vermədi ki, Nicatın anasını görək, danışaq»

 

Canlı yayımda mal bazarı ilə birbaşa video əlaqə saxlanılıb. Üstəlik hal şahidləri də efirə qoşularaq Loğmanın qəsdən bu addımı etdiyini xüsusi olaraq vurğulayıb. Efirdən sonra Bərdə prokrurluğunun işi yenidən ekspertizaya göndərmək fikrinin yarandığıda deyilir. Sədaqət xanım isə Baş prokurorluğa səslənib.

 

Tarix: 28 Yanvar 2023, 14:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin