Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisinin Azərbaycan Respublikasına səfəri yanvarın 28-də başa çatıb.
Misir Prezidentinin Azərbaycana səfəri başa çatdı
Pravda.az xəbər verir ki, Azərbaycanın və Misirin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Misir Prezidenti Əbdülfəttah Əs-Sisini Baş nazirin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər yola salıblar.