Diqqətsizlik, qarşılıqlı anlaşmazlıq, sevgi və hörmətin yoxa çıxması cütlükləri xəyanətə aparan səbəblərdəndir. Xəyanət deyərkən ən çox kişilər ağıla gəlsə də, bu yola baş vuran qadınlar da az deyil. Cinsindən asılı olmayaraq xəyanət edən insanlar gec-tez, istəməsələr belə bunu biruzə verirlər. Qarşı tərəfin xəyanət edib-etmədiyini bilmək üçün onun hərəkət və davranışlarına diqqət etmək yetərlidir.
Pravda.az xəyanət edən qadınların 9 əlamətini təqdim edir.
Münasibətlərdə HÖRMƏT, SEVGİ VƏ YAXINLIĞIN AZALMASI
Sizinlə heç bir şeylə bağlı ünsiyyət qurmur, dərdlərini bölüşmürsə, siz ünsiyyət qurmağa çalışdıqda hər vasitə ilə danışıqlardan yayınırsa, bu, onu göstərir ki, artıq siz ona maraqlı gəlmirsiniz. Sizə qarşı soyuq davranır, yaxınlıq etməkdən, toxunmaqdan qaçırsa, şübhələnməyə əsas vardır. Çünki o həm əqli, həm də emosional olaraq sizdən uzaqlaşıb…
SİRLİ HALLAR və HƏRƏKƏTLƏR
Həyatınızdakı qadın gün ərzində rastlaşdığı, başına gələn hadisələri sizinlə bölüşmürsə, dərdini, onu narahat edən məsələləri sizə danışmırsa, bu, artıq həyəcan siqnalıdır. Sizinlə danışarkən gözlərini qaçırır, üzünüzə baxmırsa, özünü günahkar hiss edir deməkdir. Lakin xəyanət ehtimalını ağıla gətirməzdən öncə problemi olub-olmadığını ciddi cəhdlə maraqlanmalısınız. Problemlərinin olması da bir ehtimaldır. Lakin sonra bu cür sirli davranışlar üçün heç bir əsas olmadığı qənaətinə gəlmisinizsə, xəyanət artıq ehtimal yox, reallıqdır…
GÖRÜNÜŞ VƏ DAVRANIŞININ DƏYİŞMƏSİ
Birdən-birə xarici görünüşünə daha çox diqqət yetirməyə başlayır, geyiminə daha çox fikir verir. Sizin sevmədiyiniz geyim tərzinə üstünlük verir, gözəllik salonlarına, fitnesə daha tez-tez gedir.
AİLƏYƏ QARŞI VECSİZLİK
İşdən gələndə sizi qarşılamır, sizi görəndə xoş davranmırsa, nəsə yolunda getmir, deməkdir.Əgər xanımınız və ya sevdiyiniz qadın birdən-birə harasa getmək istədiyini deyir və buna görə də müxtəlif bəhanələr uydurursa, təklif etdiyinizdə sizinlə getməyi qətiyyətlə rədd edirsə, bu, çox ciddi problemdir. Həmin an ona suallar verin, sizin onunla getmək istəyinizdən narahat olub-olmadığını müşahidə edin.
AZ MÜZAKİRƏ VƏ DAVALAR