BURADA REKLAMINIZ OLA
BİLƏR

İranda zəlzələdə yaralananların sayı 600-ə çatıb

İranın Qərbi Azərbaycan vilayətinin Xoy şəhərində baş vermiş zəlzələdə 2 nəfər ölüb, 580-dən çox insan isə yaralanıb.

 

Bu barədə “Mehr” agentliyi məlumat yayıb.

 

Bildirilib ki, şəhərə dəyən ziyanın qiymətləndirilməsi üçün əraziyə işçi qrupu cəlb edilib.

 

Qeyd edək ki, daha öncə Tibb elmləri Universitetinin təcili tibbi yardım mərkəzinin rəisi Fərzin Rzazadə təbii fəlakət nəticəsində 3 nəfərin öldüyünü açıqlasa da, regionun qubernatoru onun bu açıqlamasını təkzib edib./Report

Tarix: 29 Yanvar 2023, 09:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin