Filippində soğanın qiyməti dünyada ən yüksək həddə çatıb.
Bu barədə ölkənin Kənd Təsərrüfatı Departamenti məlumat verib.
“Filippin soğanı bəlkə də dünyanın ən bahalı soğanıdır. Ölkəmizdə qırmızı soğanın qiyməti kilosu 650 pesoya (təxminən 12 dollara) çatıb ki, bu da toyuqdan təxminən üç dəfə, mal ətindən isə təxminən 25 faiz bahadır”, - məlumatda bildirilib.